Bizi sosial şəbəkələrdən izləyin:
"Özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram. Əslində sevilməkdən də qorxuram. Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm".
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
Sənətçi özü haqqında bəhs edib. O bildirib ki, son vaxtlar həyatında bir çox dəyişikliklər edib:
"Sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil. Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm hələ albom kimi çıxaracağam, yoxsa sinql olaraq tək-tək, amma çox gözəl mahnılar hazırlayıram. Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə güc verir bəziləri.
İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram".