Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış televiziya aparıcısı Tarix Əliyev xəstəxanaya yerləşdirilib.
Moderator.az bildirir ki, “Tarixin bir günü” verilişində canlı yayımda halı pisləşən aparıcının günün sonunadək təzyiqi daha da yüksəlib.
Xəstəxanaya gedən aparıcının ambulator müayinə zamanı təzyiqi və saturasiyası ən yüksək həddə olub. Həkim ona xəstəxananı tərk etməməyi və bir müddət gərgin iş qrafikindən uzaqlaşmağı tövsiyə edib.
“Mənim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm. Düzdür, bir az təzyiq problemim var, amma əsas səbəb son vaxtlar hər gün yaşadığım stressdir. İstər sosial şəbəkələrdə baş verənlər, istərsə də efirdə olan bəzi hadisələr məni xeyli yordu və gərginləşdirdi. Düşünürəm ki, bir neçə gün ambulator müalicə almalıyam və eyni zamanda istirahətə ehtiyacım var. İnşallah, hər şey yaxşı olar. Diqqətiniz və dəstəyiniz üçün çox sağ olun”, - deyə Tarix Əliyev səhhəti ilə bağlı son durumu açıqlayıb. /Musavat.com/