İbrahim Tatlısəsin qızından “Survivor”la bağlı gözlənilməz ETİRAFLAR
Şou-biznes
202
15:39, Bu gün

İbrahim Tatlısəsin qızından “Survivor”la bağlı gözlənilməz ETİRAFLAR

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Acun Ilıcalının layihə rəhbəri və aparıcısı olduğu “Survivor 2026 Ünlülər–Könüllülər” yarışmasından kənarlaşdırıldıqdan sonra sosial media hesabında etdiyi açıqlama ilə gündəmə gəlib.

Moderator.az xəbər verir ki, “Survivor”dan  uzaqlaşdırılandan sonra Türkiyəyə qayıdan kimi sosial şəbəkə hesabından canlı yayım açan Çıtak, yarışma ilə bağlı etiraflar edib.

““Survivor”dan qovulmaq deyilən bir şey yoxdur. “Survivor”dan çıxarılırsan və mən bunu çox istəyirdim”,  deyən Çıtak sözlərinə belə davam edib:

“Çünki orada həyat çox çətindir. Eşitdikləriniz və eşidəcəklərinizin hamısı həqiqətdir. Təbii ki, yemək vermirlər. Yediklərimiz ancaq ekrandan gürdüyünüz qədərdir, gördüklərinizdir. “Survivor” əlbəttə ki, qurama deyil. “Survivor”un qurama olmaq şansı yoxdur. Ora çox real bir məkandır.”

Qeyd edək ki, bir aydan sonra layihədən uzaqlaşdırılan Dilan Çıtak yarışmada, “Acun bəy, siz çox yaxşı qız atası­sınız. Buna görə sizə böyük hörmətim var. Çünki mən, bildiyiniz kimi… Həmişə deyirəm, filankəsin əmim olmasındansa, keşkə Acun Ilıcalı əmim olaydı. Ona görə də Dilan olaraq mənə sahib çıxdığınız üçün sizə çox təşəkkür edirəm” sözləri ilə də gündəm yaratmışdı.

1461966

Çıtakın bu sözləri, əslində, təxminən bir ildir küsülü olduğu, yaxın günlərdə onu məhkəməyə verən atası İbrahim Tatlısəsə ünvanladığı qeyd edilmişdi.

Yarışın keçirildiyi Ada ilə vidalaşarkən duyğusal anlar yaşayan Çıtak Acun Ilıcalıya təşəkkür etmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər