Məşhur türk aktyor üçün səfərbər oldular - Təcili donora ehtıyacı var
Şou-biznes
107
13:58, Bu gün

Məşhur türk aktyor üçün səfərbər oldular - Təcili donora ehtıyacı var

Qaraciyər çatışmazlığı səbəbindən bir müddətdir xəstəxanada müalicə alan məşhur türk aktyoru Ufuk Özkan üçün ailəsi və sənət dostları səfərbər olublar. “Geniş Ailə”, “Oflu Hoca”, “Əmr Et Komandanım”, “Cənazəmizə Xoş Gəldiniz”, “Ailə Tərbiyəsi” və “Ədalət” kimi bir çox film və serialda rol alan aktyorun sağlamlıq vəziyyəti hazırda ciddidir.

Moderator.az xəbər verir ki, yanvarın 12-də  xəstəxanaya yerləşdirilən aktyor daha bir virusa yoluxub. Aparılan tibbi müayinələr nəticəsində onun "İnfluenza A" testləri pozitiv çıxıb.  

Ufuk Özkanın səhhəti ilə bağlı açıqlama verən qardaşı Umut Özkan bunları qeyd edib:

“Qardaşım Ufuk Özkanın yuxarı tənəffüs yolu infeksiyası var və aparılan müayinələr nəticəsində İnfluenza A testləri pozitiv çıxıb. Həkimlərimiz bu infeksiyanın mövcud qaraciyər çatışmazlığını ağırlaşdırma riski daşıdığını xüsusi olaraq vurğulayırlar. Bu səbəbdən yeni bir tarix açıqlanana qədər ziyarətlər məhdudlaşdırılıb. Burada bir daha xüsusilə qeyd etmək istəyirəm ki, qaraciyər donoru axtarışımız davam edir. Xüsusilə qardaşımla yolu kəsişmiş, onu tanıyan teatr və sənət camiəsindən şəxslərin Instagram hesabım vasitəsilə mənimlə əlaqə saxlamaları böyük əhəmiyyət daşıyır.”

Orqan köçürülmə prosesi ilə bağlı da paylaşım edən Umut Özkan bildirib:

“İstanbuldan və İstanbul xaricindən qardaşımın pərəstişkarları və sevənlərinin donor olmaq istəyi bizim üçün çox dəyərlidir. Hər kəsə ürəkdən təşəkkür edirik. Ancaq donorluq  prosesində həkimlər yaxınlıq dərəcəsini əsas götürür. Bu səbəbdən xüsusilə kino və teatr camiəsində qardaşımla eyni layihələrdə yer almış şəxslərin müraciətləri prioritet olaraq dəyərləndirilir. Anlayışınız və dəstəyiniz üçün təşəkkür edirik.”

1461877

Təcili şəkildə qaraciyər transplantasiyası əməliyyatına ehtıyacı olan Ufuk Özkanı bu çətin prosesdə dostları tək qoymur. Məşhur simalar zaman-zaman xəstəxanaya gedərək, eyni zamanda sosial mediada da aktyor üçün donor çağırışı edərək dəstək olurlar.

Aktyor Serkan Aydın da sosial media hesabında Ufuk Özkanla illər əvvəl çəkdirdiyi fotoları paylaşaraq dostuna mənəvi dəstək verib. Aydın paylaşımında Ufuk Özkana belə səslənib: “Hey, o günlər necə də gözəl idi… Yaxşı olacaqsan, dostum, çox az qaldı. Gözəl günlərimizi xatırla. O günlərdə olduğu kimi yenə aramızda olacaqsan.”

1461880

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər