Şou-biznes
150
12:48, Bu gün

"Tacir kimi oxuyanlar çoxdur, Ədalətdən isə YOXDUR"

Aşıq Namiq Fərhadoğlu son açıqlaması ilə diqqət çəkib.
 
Sənətçi müğənni Tacir Şahmalıoğlunun "sənətdə padşaham, məndən yoxdur" iddiasına münasibət bildirib.
 
Aşıq bu fikirlərlə razılaşmadığını vurğulayaraq bildirib ki, sənətdə hər kəsin öz yeri var və müqayisələr düzgün deyil. 
 
Aşıq Namiq Fərhadoğlu açıqlamasında xüsusilə Aşıq Ədalət Nəsibovun adını önə çəkərək deyib:
 
"Onun üçün "toxunulmaz" deyildi. Tacir kimi oxuyanlarımız çoxdur. Amma Aşıq Ədalət Nəsibovdan yoxdur, o, bir dənədir. Manaf, Eflatun və başqa sənətkarlarımız da var, gözəl oxuyanlar kifayət qədərdir. Bu, reallıqdır".
 
Sənətçinin bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bir qrup istifadəçi Aşıq Namiqin mövqeyini dəstəklədiyini bildirərkən, digərləri isə Tacir Şahmalıoğlunun sənətdəki yerinin danılmaz olduğunu qeyd ediblər. /Milli.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər