İspan musiqisinin əfsanəsi, 82 yaşlı Xulio İqlesias keçmiş əməkdaşı olan 2 qadın tərəfindən cinsi təcavüz və cinsi zorakılıqda ittiham olunurdu. Biri evdə işləyən xadimə, digəri isə fizioterapevt olan iki qadın, Xulio İqlesias üçün çalışdıqları dövrdə müğənni tərəfindən cinsi təcavüz və zorakılığa məruz qaldıqlarını iddia etmişdi. 2021-ci ildə baş verdiyi irəli sürülən təcavüz iddiaları son günlərdə əvvəlcə İspaniya mətbuatında, ardınca isə dünya mediasında geniş yer aldı.
Moderator.az xəbər verir ki, Xulio İqlesias Karib dənizindəki villasına çalışan iki qadına qarşı cinsi təcavüz etdiyi yönündəki ittihamlara cavab verərək susqunluğunu pozub.
Məşhur müğənni bildirib:
“Böyük bir kədər hissi ilə, evimdə çalışan iki şəxsin iddialarına cavab verirəm. Heç bir qadına qarşı pis rəftar etməmişəm, zor tətbiq etməmişəm və hörmətsizlik göstərməmişəm. Bu ittihamlar tamamilə əsassızdır və məni dərindən üzür.”
İttihamları ciddi bir təhqir kimi qiymətləndirən İqlesias, “Bu ciddi təhqirə qarşı şərəfimi müdafiə edəcəyəm”, deyərək hüquqi yollara müraciət edəcəyini açıqlayıb.