Türkiyə arabesk musiqisinin əfsanəvi ifaçısı Güllünün ölümü ilə bağlı qızı Tuğyan Gülter həbs edilərək həbsxanaya göndərilmişdi. Bu dəfə Güllünün oğlu Tuğberk atasına dair açıqlamaları ilə diqqətləri üzərinə çəkib.
Moderator.az xəbər verir ki, Türkiyə arabesk musiqisinin əfsanəvi ifaçısı Güllünün ölümündən sonra Yalova Cumhuriyyət Baş Prokurorluğu tərəfindən başlanan istintaq davam edir.
Sosial mediada açıqlamaları ilə gündəmdən düşməyən, Güllünün oğlu Tuğberk Tuğberk televiziya proqramına çıxaraq atası ilə bağlı yeni iddialar ssləndirib. “Atanı niyə rədd etdin?” sualına Tuğberk canlı yayımda belə cavab verib:
“Atamı əslində rədd etməmişdim. Artıq Türkiyədə atamın necə tanındığı da məlumdur. Güllünü, canımdan çox sevdiyim anamı döyərək məşhur olan bir adamdan bəhs edirik. Vaxtilə bu adamı ‘Güllünü döyən adam, burnunu qıran adam’ adlandırırdıq”.

Tuğberk, “İddia etdiyin kimi həqiqətən də atan ananın həyatını məhv etdi?” sualına isə belə cavab verib:
“Məhv edənlərdən biri... Atama nifrət edərək böyüdüm. Anam çox göz yaşı töküb. Hər Yeni ildə ‘Oğluma hədiyyə göndərəcəyəm, sənə velosiped göndərəcəyəm’ deyib, amma çöp torbasının içində yalnız geyim göndərirdi, bəzən göndərmirdi. Bu andan sonra bilsin ki, onun üçün artıq heç bir oğlu yoxdur” deyib.
Xatırladaq ki, Güllünün şübhəli ölümü ilə bağlı qızı Tuğyan Ülkem Gülter “Qəsdən yaxınını öldürmə” ittihamı ilə həbs edilmişdi. Hadisə baş verən vaxt otaqda olan, Güllünün qızının rəfiqəsi Sultan Nur Ulu polisə ifadəsində qətli etiraf etmişdi:
“Biz oynadıqdan sonra Gül ananın üzü pəncərəyə dönük vəziyyətdə idi. O anda Tuğyan sarılıb Güllü ananı itələdi və o, tarazlığını itirib düşdü. Mən şok oldum. Sonra Tuğyan mənə dedi ki, ‘Qaç’, biz də aşağı qaçdıq.”
