İranda günlərdir davam edən etirazlarla bağlı Türkiyəli müğənni Mahsun Kırmızıgül də paylaşım edən məşhurlar arasında yer alıb. Müğənni paylaşımdan sonra gələn reaksiyalara sərt cavab verərək etiraz edib.
Moderator.az xəbər verir ki, İranda yaşananlarla bağlı Mahsun Kırmızıgül də paylaşım edib. O, sosial media hesabın bunları yazıb:
“Mən İran xalqını sevirəm. Qorxmadan, təzyiq altında qalmadan, yoxsulluqla boğuşmadan, həyatları ilə bağlı özləri qərar verə bildikləri bir ölkədə yaşamalarını istəyirəm. Şəriəti əsas götürüb Allahın adından istifadə edərək insanlara zülm etmək yanlışdır. Allah adına cəza vermək isə insanın həddini aşmasıdır.”
İfaçının bu paylaşımı gözləniləndən daha çox reaksiya doğurub. Gələn tənqidlərdən sonra Mahsun Kırmızıgül əsəbləşərək belə deyib:
“İranla bağlı etdiyim paylaşıma görə bəzi vicdansızlar yenə utanmadan, çəkinmədən yazıblar: ‘Amerika yazdırır’, ‘İsrail yazdırır’ deyə. Bununla da kifayətlənməyib, guya ‘Fələstinlə bağlı heç nə yazmayıb’ deyiblər. Fələstinlə bağlı nə yazdığım da, harada durduğum da ortadadır. Bizə söz atacağınıza, bu ölkədə Fələstin, Qəzza deyib, arxa planda Amerikanın və İsrailin maraqlarına xidmət edənlərə baxın. Mən şüarla danışmıram, mövqeyimlə danışıram. Acını vitrin alətin çevirmirəm. Məzlumdan suiistifadə etmirəm. Zülm haradadırsa, ora üçün üzülürəm. İranda da, Fələstində də, Suriyada da kim əzilirsə, dilinə, dininə, millətinə, rənginə baxmadan onun üçün üzülürəm. Mənim vicdanım və mərhəmətim mənə anamdan miras qalıb. Siz isə kin, nifrət, yalan və riyakarlıqla dolu ürəklərinizə baxın. Bunu da bilin: Artıq hər şeyə susan köhnə Mahsun yoxdur. İftira atmağı seçsəniz, bunun bədəlini məhkəmələrdə ödəyərsiniz.”
