Oktay Kaynarca və Emel Müftüoğlu narkotikə görə saxlanıldı
Şou-biznes
507
16:25, Bu gün

Oktay Kaynarca və Emel Müftüoğlu narkotikə görə saxlanıldı

Məşhur türk aktyoru Oktay Kaynarca və müğənni Emel Müftüoğlu narkotik şübh müğənni Emel Müftüoğlusi ilə saxlanılıb.

Moderator.az xəbər verir ki¸İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən tanınmış şəxslərə dair başladılan “narkotik” istintaqı davam edir.

İstintaq çərçivəsində şübhəlilərin “istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq”, “narkotik istifadəsini asanlaşdırmaq”, “bir şəxsi fahişəliyə təşviq etmək, buna şərait yaratmaq və ya vasitəçilik etmək”, eləcə də “qumar oynanması üçün yer və imkan təmin etmək” cinayətlərindən birini və ya bir neçəsini törətdikləri iddia olunur.

Bu çərçivədə tanınmış aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu ilə birlikdə 6 nəfə rpolis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq çərçivəsində saxlanılan şübhəlilər əvvəlcə İstanbul İl Jandarma Komandanlığına aparılıb, daha sonra isə müayinədən keçirilmək üçün Seyrantepə Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına gətirilib.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər