Efirdə yenə dava düşdü - VİDEO
Şou-biznes
411
13:37, Bu gün

Efirdə yenə dava düşdü - VİDEO

Aşıq Mübarizlə müğənni Arzu Mələk arasında "Günə Uğurla" verilişində yaşanan gərginlik canlı efirdə qalmaqala çevrilib.

Moderator.az xəbər verir ki, veriliş zamanı tərəflər arasında yaranan mübahisə qısa zamanda kəskinləşib. Qarşılıqlı ittihamlar və emosional çıxışlar studiyada vəziyyəti daha da gərginləşdirib. Vəziyyət o həddə çatıb ki, Aşıq Mübariz efiri tərk etmək qərarına gəlib.

Canlı yayımda yaşanan bu anlar aparıcını da çətin vəziyyətdə qoyub. Aparıcı qonaqları sakitləşdirməyə və proqramı nəzarətdə saxlamağa çalışsa da, studiyada emosiyalar uzun müddət səngiməyib.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin gərgin anlar izləyicilərin diqqət mərkəzinə düşüb. Qalmaqallı verilişdən yadda qalan məqamları təqdim edirik.

 
 
(Milli.az)

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər