​Messiyə görə 450 min itirdi
Şou-biznes
1885
12:31, Bu gün

​Messiyə görə 450 min itirdi

Türkiyənin populyar “Kim Milyoner Olmak İster” verilişində maraqlı anlar yaşanıb. İştirakçı xanım argentinalı futbol ulduzu Lionel Messi ilə bağlı suala düzgün cavab verə bilmədiyi üçün 450 min türk lirəsindən (18 500 manat) məhrum olub.

Moderator.az xəbər verir ki, verilişin sonuncu buraxılışında iştirakçı “Şəkli İnstaqramda 75 milyon adam tərəfindən bəyənilən bunlardan hansıdır?” sualını cavablandırmağa çətinlik çəkib. O, 4 variantdan birini seçməliydi:


a) Lionel Messi, b) Kayil Cenner, c) Kriştian Ronaldo, d) Yumurta.

İştirakçı sonuncu variantı seçdiyi üçün 450 min lirəyə sahib ola bilməyib.

Onun cavabı sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Bəzi şəbəkə istifadəçiləri qadının ünvanına “toyuq qədər ağlı var” məzmunlu şərhlər yazaraq onu təhqir etməkdən çəkinməyiblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər