“Əvvəllər varlı olmaq insana hörmət qazandırırdı”
Şou-biznes
1910
09 Jan 2026 | 13:46

“Əvvəllər varlı olmaq insana hörmət qazandırırdı”

“Əvvəllər varlı olmaq insana hörmət qazandırırdı, pullu insanlarla dost olmaq prestij sayılırdı, pulla bir çox problemlər həllini tapırdı”.
 
Moderator.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial mediada yazıb.
 
Nura fikirlərinə bunları da əlavə edib:
 
“İndi isə varlı olmaq qorxuludur. Bir də baxırsan ki, həm özü, həm də ətrafı tutulub, içəridədir. Ona görə də pullu adamların ətrafında az yaltaqlıq edib fırlanın. Vəzifə də bu gün var, sabah yox. Vicdanlı insan modeli yenidən dəbə gəlməlidir ki, insanlar bir az yaltaqlıqdan, ikiüzlülükdən, pulu və vəzifəsinə görə başqalarına yuxarıdan aşağı baxmaqdan vaz keçsinlər. Gedin, yığdığınız pulları xeyirli işlərə xərcləyin - özünüzlə torpağın altına aparası deyilsiniz. Heç olmasa, ağac əkin ki, nəfəs ala bilək”. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər