Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Aysun İsmayılova heç zaman üzünü görmədiyi atasından danışıb.
Moderator.az xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan Aysun atasını bağışlamayacağını deyib:
"Bəzi xarakterlərim var ki, o mənim ana tərəfimdə yoxdur. Düşünürəm ki, atadan keçib. Bunlar da yaxşı xasiyyətlərdir. Fikirləşirəm ki, mən onlara oxşamışamsa, onlar necə belə pis insan ola bilərlər? Atamın başına bir iş gəlsə, mən onun bütün ehtiyaclarını maddi olaraq qarşılayaram. Qoymaram nəyəsə möhtac olsun. Mən övlad kimi ona haqqımı halal edirəm. Baxmayaraq ki, o, iki yaşımda bizi atdı və bir dəfə maraqlanmadı ki, bu uşaq nə yeyir, harada qalır? Amma son anlarını yaşasa belə, can versə də, onun yanına getmərəm. Çünki mənim onunla bağlı heç bir mənəvi və duyğusal bağım, xatirələrim yoxdur. Küçədə görsəm, tanımaram". /Musavat.com/