Şou-biznes
2084
05 Jan 2026 | 14:38

"Bir-birilərinin ölülərinə hörmət qoymurlar"

Aylar sonra "Öz Aramızda" verilişinə qonaq olan Sevinc və Sevil bacıları həmkarlarının efirdə baş verən qalmaqalları sərt tənqid edib.
 
Bacılar qeyd ediblər ki, belə gündəm onalra lazım deyil:
 
"Bir-birilərinin ölülərinə hörmət qoymurlar. Bizə belə gündəm lazımdır? Efir proqramlarını qapı-qapı gəzir, sənət yoldaşlarını alçaldırlar. Gündəm çəkilən əziyyəti yerə vurmaqdırsa, bizə lazım deyil. Efirə çıxıb bir-birilərini təhqir edirlər, övladlarına sataşırlar. Bu, nə gündəm anlayışıdır? Məhkəmədə bir-birimizi süründürək, sonra efirdə 'barışdıq' deyək?".
 
Sevinc və Sevil həmçinin toy və maliyyə məsələlərinə də toxunaraq açıqlayıblar:
 
"Toyum olanda pulu sizinlə bölüşəcəyəm? Ya pulsuz qalanda kim pul verəcək? Toydan paylaşıb-paylamamağımız bizim işimizdir. Şükür ki, pul da qazanırıq, ailəmizə baxırıq. Dediklərimi şəxslərinə götürməsinlər, ümumilikdə şou-biznesin vəziyyətini deyirəm. Efirin öz qaydası var".
 
Bacıların bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və efirdəki davranışlarla bağlı sənət camiəsinə mesaj kimi qiymətləndirilib. /Milli.az/
 
Link kopyalandı!
Son xəbərlər