Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Brilliant Dadaşova mahnılarını başqalarının oxumasına qadağa qoyanlara əsəbiləşib.
Müğənni "Gün ortası" verilişində bunun yersiz olduğunu adlandırıb:
"Belə söhbətlər ayıbdır. Görün, hara gəldik çıxdıq. Sənəti nə günə qoydunuz. Sənəti cırmaqlaşma yerinə, zooparka çevirdiniz. Mahnını müğənni oxuyanda bir il ona dəyməyin. Dözmək lazımdır ki, sənətçi mahnını tanıtsın. Dünən oxuyanı sabah başqası oxuyursa, etik deyil. Amma yenə "oxumayın" demərəm. Elə yerə gəlib çıxdıq ki, hamı bir parça çörəkpulu qazanmaq istəyir". (Axşam.az)