Şou-biznes
1051
03 Jan 2026 | 14:35

"20 il əvvəl bu yola çıxdım..."

Aparıcı Afaq Gəncəli aparıcısı olduğu "Onlar" verilişinin 20 yaşı olması münasibətilə paylaşım edib.

Moderator.az xəbər verir ki, Afaq proqramı ilə bağlı ürək sözlərini bölüşərək, 20 illik yoldan bəhs edib:

"20 yaşın mübarək, "Onlar". Bu, sadəcə bir veriliş deyil, ulduzların doğulduğu səhnə, xəyalların işıqlandığı ekran, zamanın yaddaşına yazılan əfsanəvi yolun adıdır! 20 il əvvəl yola çıxdın… O gündən bu günə kimlər gəldi, kimlər keçdi, kimisi ilk dəfə burada parladı, kimisi buradan zirvəyə qalxdı, amma hamısının yolu bir nöqtədən keçdi - "Onlar"dan. Estrada ulduzları, səhnənin kraliça və kralları, ilk addımını atan gənclər, əfsanəyə çevrilən adlar… Hamısının ünvanı bir idi. Bura ulduzların məkanı, şou-biznesin ürəyi, parıltının, emosiyanın, səs-küyün və həqiqətin bir araya gəldiyi əfsanəvi platformadır. Bu gün 20 illik tarix, 20 illik xatirə, 20 illik səhnə alqışı var. Əfsanəvi “Onlar”, ad günün mübarək! Yolun açıq, ekranın işıqlı, ulduzların daim parlaq olsun. Çünki "Onlar" varsa, şou var".

 

(Axşam.az)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər