03:37
1°C
Bakı
Səid bizə tez-tez gəlir, Zeydlə 5-6 gün bir yerdə qalırlar. Öz dövlətləri var, onlara qarışmırıq. Ailəsi də özəl günlərdə yanımızdadılar. Səid və oğlum dostdur. Hətta bağ evləri bizim yaxınımızdadır. Demək olar ki, qonşuyuq.
Moderator.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Qonaqcanlı" verilişində deyib.
Sənətçi keçmiş həyat yoldaşı, reper Dado (Səid Əliyev) haqqında danışıb.
O bildirib ki, Dado oğluna görə tez-tez onlarda qalır.
Natavan şəxsi biznesindən də bəhs edib. Sənətçi əsas gəlirinin toylar yox, biznesi olduğunu bildirib:
"Sənətdən qazanmağıma ümidim qalmayan ərəfədə biznes qurdum. Ailəyə mən baxıram. Ticarət işidir. Toylarım da olur, amma prodüserlər onu burmasa, mənə gəlib çatsa".