Məşhur müğənni xərçənglə mübarizə aparır
Şou-biznes
155
17:09, Bu gün

Məşhur müğənni xərçənglə mübarizə aparır

Arabesk musiqisinin tanınmış ifaçısı Cansever xərçənglə mübarizə apardığını açıqlayıb. Axşam.az-ın məlumatına görə, leykemiya diaqnozu qoyulan sənətçi xəstəxanadan pərəstişkarlarına video müraciət edib.

Bir müddətdir müalicə aldığını bildirən Cansever kimyaterapiya səbəbindən çətinlik çəkdiyini, dərmanların onu daim yuxulu etdiyini deyib. Almaniyada müalicə olunduğunu və həkimlərindən razı qaldığını vurğulayan ifaçı pərəstişkarlarına dəstək və dualarına görə təşəkkür edib.

Cansever hər şeyin yaxşı olacağına ümid etdiyini bildirərək sevənlərindən dua istəyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər