11:35
6°C
Bakı
Müğənni Qumralın həyat yoldaşına ad günü münasibətilə etdiyi paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Moderator.az xəbər verir ki, birlikdə tort üfürən cütlüyün səmimi və sevgi dolu anları izləyicilərin diqqətini çəkib.
Yayılan görüntülər qısa müddətdə maraq doğurub və sosial media istifadəçiləri mövzu ilə bağlı müxtəlif rəylər səsləndiriblər. Bəzi izləyicilər cütlüyün bir-birinə olan yaxınlığını müsbət qarşılayaraq bunu ailə dəyərlərinin göstəricisi kimi dəyərləndirsə də, digərləri bu qədər açıq sevgi nümayişini tənqid ediblər.
Hətta bəzi istifadəçilər "bu əzizləmə forması ilə heç 2 yaşlı övladıma belə yanaşmıram" kimi fikirlər yazaraq reaksiyalarını bildiriblər.