Şou-biznes
732
27 Dec 2025 | 22:16

"Ən böyük qorxum həyatdan "Şurik" kimi getməkdir"

"Ən qorxduğum şey həyatdan "Şurik" kimi getməkdir. Bir rolun qurbanı olmaq".

Moderator.az xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir "Efirdən kənar" verilişində deyib. O, bir aktyor kimi qorxusundan söz açıb:

"Bu, çox acınacaqlı və kədərli bir haldır. Psixologiyamın güclü olduğunu düşünürəm. Amma belə bir şey olarsa, qorxuram ki, buna dözə bilmərəm.

Məni "Əqrəb mövsümü" serialı ilə tanıyıb seviblər. İnşallah, bu, ənənə olaraq davam edəcək. Çox istərdim ki, bu ekran işi Azərbaycanın "Ceyms Bond"u", "Qeyri-mümkün missiya"sı kimi bir franşizaya çevrilsin".

 

(Axşam.az)

Link kopyalandı!
Son xəbərlər