19:17
9°C
Bakı
Müğənni Ebru Gündeşin keçmiş əri Murad Özdemirin Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayətkar təşkilatın üzvü olmaq ittihamı ilə həbs olunduğu iddia edilib.
Moderator.az türk mediasına istinadən xəbər verir ki, iddiada Murat Özdemirin cinayətkar təşkilatın liderinin təlimatı ilə müəyyən mütəşəkkil sənaye zonalarına təzyiq göstərdiyi və bundan qazanc əldə etməyə çalışdığı bildirilib.
Qeyd edək ki, Özdemir həmçinin avqustda "Səlahəddin Yılmaz Cinayətkar Təşkilatı" istintaqı çərçivəsində saxlanılıb və sərbəst buraxılıb. Ebru Gündeş 2025-ci ilin sentyabrında ərindən boşanıb. Ebru Gündeş dördüncü əri, iş adamı Murat Osman Özdemir ilə 2024-cü ilin fevralında Dubayda evlənib.
(Axşam.az)