18:30
8°C
Bakı
Aparıcı Elgiz Əkbər TikTok-da canlı yayıma girdiyi üçün tənqid edildiyini deyib.
Moderator.az xəbər verir ki, "İki başlı" verilişinə qatılan aparıcı izləyicilərin ona "TikTok dilənçisi" dediklərindən danışıb:
"TikTok-da canlı açdım. Bir dəfə də bağlaya bilmirdim. Hədiyyələr atırdılar. İnsanların ürəyi istəyir atır. Necə deyim, atmayın, kimsən sən? Eyib deyil? Camaat hədiyyə atır deyə, o deməkdir ki, dilənirəm? Girdim TikTok-a baxdım ki, 1200 manat pul gəlib. Heç bilməmişəm necə gəlib, kim şir atıb... Adımı qoydular TikTok dilənçisi. Yazdılar bu da qoşulub başqalarına dilənir. Elə utandım. Ondan sonra TikTok-a girmirəm".
(Axşam.az)