2732
26 Dec 2025 | 08:14

"Artıq istəmirəm mənə sənətkar desinlər"

Əməkdar artist Bəsdi Sevdiyeva son illər sənət sahəsində müşahidə olunan vəziyyətlə bağlı narazılığını ifadə edib.
 
Moderator.az axşam.az-a istinadla xəbər verir ki, o, "Günə uğurla" verilişində sənətin uçuruma doğru getdiyini bildirib:
 
"Bu gün çox xoşagəlməz şeylər var. Hazırda sənət uçuruma doğru gedir. Yerindən duran özünə sənətkar deyir. Adam xəcalət çəkir. Mənə sənətkar deyəndə utanıram. Artıq istəmirəm bu sözü mənə desinlər. Tələbələrim də özünə sənətkar deyə bilməz. Özümə də bu sözü deyə bilmərəm, xəcalət çəkərəm". 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər