Bizi sosial şəbəkələrdən izləyin:
Aktrisa Ülviyyə Xəlilbəyova instaqram paylaşımı ilə diqqət çəkib.
Moderator.az xəbər verir ki, o hekayə bölməsində paylaşım edərək bu sözləri yazıb:
“Mən özümü tanıyandan bəri sevginin ən safına, ən səssiz və ən güclüsünə şahid olmuşam. Bu həyat bir imtahandır - bunu zamanla deyil, ağrılarla öyrəndim. Sadəcə mən, bu imtahanlarda az sınanmadım. Çox yandım, çox susdum, çox gözlədim. Amma hər sınağın sonunda nəticə, çox vaxt, mənim xeyrimə oldu. Çünki səbrin də, susmağın da bir qarşılığı varmış.
Vaxtı ikən dərk etmədiyim, içində itib qaldığım nə qədər hadisə, nə qədər insan var idi... İllər sonra dönüb baxanda anladım ki, mənə ağır gələn hər şey əslində məni qorumaq üçün imiş. Yaradanın mənim üçün yazdığı plan, mənim o günlərlə xəyal etdiyimdən qat-qat gözəl, qat-qat mərhəmətli imiş. Gecikən hər sevinc, qırılan hər ümid, yarımçıq qalan hər dua - məni daha doğru zamana və daha doğru yerə hazırlamaq üçün imiş. Kiminsə bir qadına "bədbəxt" deməsi, əslində, öz taleyinin hələ üzünə açılmadığını bilmədən danışmasıdır. Dərinliyini anlamadan kiminsə həyatına hökm vermək, qəlbinə daş atmaq. Bu, insanın özünə yazdığı bir sınaqdır. Çünki qınadığının eynisini yaşamadan bu dünyadan köçən olmur. Sözlə vurulan yaralar da bir gün sahibini tapır.
Mən hələ qəlbimi qıranın, məni günahlandıranın, haqqıma girənin xeyir tapdığını görməmişəm. Çünki Allah qəlbləri görən, niyyətləri ölçəndir. O bilir ki, mənim qəlbim çirkli deyil, xain deyil. Məni anlamasalar da olar. Yetər ki, Yaradan bilsin. Çünki ən böyük ədalət onun ədalətidir”. /Musavat.com/