Şou-biznes
285
14:14, Bu gün

"Ərimlə aramızda olan ikimizə aiddir, övladlarıma demişəm ki, ata nə desə, odur" - Xanəndə

Xanəndə Nişanə Baxışova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
 
Sənətçi bildirib ki, hazırda həyat yoldaşından ayrı olsa da övladları daima onunla ünsiyyətdədir.
 
"Övladlarımın atası ilə münasibətləri çox yaxşıdır. Bütün ailələrdə söz-söhbət həmişə olur. Buna baxmayaraq demişəm ki, ata nə deyirsə, odur. Özü də bunu təsdiqləyə bilər. Gündə iki dəfə övladlarını yığıb maraqlanır. Balaca oğlum Abbas bir az dəcəldir, telefonu açmamışdı. Deyir, atama nə demisən ki, məni danlayır. Kimə deyim bəs? Atadan qorxmaq, çəkinmək lazımdır. Övladlarıma demişəm ki, atanızla aramızda olanlar ikimizə aiddir. Siz gözünüzü açıb necə görmüsünüzsə, elə də davam edin. O, elə bir yerdədir ki, istəsək belə, bir yerdə yaşaya bilmərik. İnşallah sağ-salamat övladlarının üstünə gəlsin. Mənə iş-güclə çətindir. Nə qədər yaxşı valideyn olsam da, atanın yerini vermir". /Milli.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər