"Kişi qadını incidirsə, demək ki, qadın nəsə edib, kişi də o vəziyyətə çatıb".
Moderator.az xəbər verir ki, bunu Nadir Qafarzadə "İncə səhər" verilişində deyib.
Müğənni qadın-kişi münasibətləri barədə qalmaqallı açıqlama verib:
"Əgər kimsə incidilirsə, demək ki, günahı var. Bir kişi qadını durduq yerdə niyə incitsin? Qadın onu o həddə çatdırır ki, kişi də hirslənir, özündən çıxır və onu incidir. Kişi özündən çıxanda qadın susmalıdır, əsəbinin soyumasını gözləməlidir. Bəzi xəstə ruhlu insanlar da var, onlar isə uşaqlıq travmalarına görə qadını incidirlər. Çünki evdə atasından da elə görüb. Onları da qınamaq olmur. Qadın ürəklə, qulaqla yox, ağıl ilə sevməlidir. O zaman bütün güc qadında olur".
(Musavat)