Orxan Lökbatanlı xanımına mağaza AÇDI: ilk dəfə görüntüləndilər - VİDEO
Şou-biznes
509
11:15, Bu gün

Orxan Lökbatanlı xanımına mağaza AÇDI: ilk dəfə görüntüləndilər - VİDEO

Meyxanaçı Orxan Lökbatanlı ilk dəfə həyat yoldaşı ilə birlikdə ictimaiyyət qarşısında görüntülənib.

Söz ustası xanımı üçün geyim mağazası açıb.

Açılış mərasimində cütlük birlikdə iştirak edib və bu səmimi anlar maraqla qarşılanıb.

Orxanın həyat yoldaşı söylədiyi nitqdə onu həm həyat yoldaşı, həm də ata kimi çox diqqətli və qayğıkeş olduğunu bildirib:

"Orxan mənim üçün sadəcə həyat yoldaşı deyil, eyni zamanda ən yaxın dostumdur. O, bütün arzularımı reallaşdırıb. Geyim mağazası açmaq mənim çoxdankı istəyim idi və bunu da o həyata keçirdi. Ona minnətdaram".

Mağazanın açılışından olan görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılaraq izləyicilərin böyük marağına səbəb olub.

 

Link kopyalandı!
Son xəbərlər