Aysun polisə şikayət etdi
Şou-biznes
721
10:00, Bu gün

Aysun polisə şikayət etdi

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı yayılan böhtan və qərəzli xəbərlərə qarşı hüquqi addım atıb.

Moderator.az xəbər verir ki, sənətçi bu barədə video müraciət yayımlayaraq bəzi media və sosial şəbəkə səhifələrinə sərt xəbərdarlıq edib.

Aysun İsmayılova bildirib ki, onun adı ilə dəfələrlə yalan məlumatlar yayılıb və bu hallar artıq səbrini tükədib:

"Mənimlə bağlı neçənci dəfədir yalan xəbər paylaşırsınız. Məndən təsdiq almadan paylaşım etməyin. Reytinq xatirinə şəxsi həyatımı hədəf almayın".

Müğənni vurğulayıb ki, artıq əvvəlki Aysun deyil və şəxsi həyatına müdaxilələrə dözmək niyyətində deyil:

"Əvvəlki Aysun yoxdur. Burnunuzu hər yerə soxmayın. Uzundursa, əməliyyat etdirim. Öz işimlə məşğulam, artıq boş şeylərə vaxtım yoxdur".

Sənətçi əlavə edib ki, kimdənsə qorxduğu üçün nəyisə gizlətmir və yayılan əsassız iddialar onu bezdirib:

"Kimdənsə qorxan yerim yoxdur ki, nəyisə gizlədim. Artıq bezdirmisiniz".

Aysun İsmayılova açıqlamasının sonunda şəxsi həyatına hörmət olunmasını tələb edib və bu cür halların davam edəcəyi təqdirdə qanun çərçivəsində mübarizəni davam etdirəcəyini bildirib.

Link kopyalandı!
Son xəbərlər