Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTOLAR
Şou-biznes
333
00:12, Bu gün

Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTOLAR

"Kalbimin Tek Sahibine", "Aşkımız Olay Olacak", "Ben Tek Siz Hepiniz" və "Zorun Ne Sevgilim" kimi hit mahnıları ilə yaddaşlarda iz buraxan İrem Derici bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Sosial şəbəkə paylaşımları və açıqlamaları ilə tez-tez adından söz etdirən məşhur müğənni, İstanbuldan ev aldığını açıqlayıb.

"Çox çalışdım, amma pulumu həmişə sağa-sola xərclədim. Bu dəfə bir iş görüb ev aldım. Uzun illər ərimlə yaşayacağım, uşaqlarımı dünyaya gətirib böyüdəcəyim bir ev. Çox xoşbəxtəm, hələ də inana bilmirəm. Nəhayət bacardım. Mart ayında köçəcəyik", - Derici yeni aldığı evlə bağlı belə deyib.

Məşhur müğənniyə "Münasibətdə toksik birisinizmi?" sualı veriləndə isə belə cavablayıb:

"Ümumiyyətlə toksik bir insanam, amma bu Melihlə dəyişdi. Hətta söyüşü belə tərgitmə mərhələsindəyəm. Özümü tərbiyə edirəm, çünki artıq ailə qurmaq və uşaq sahibi olmaq istəyirəm. Özümü buna hazır hiss edirəm. Mənim kimi dəli insanların uşaqları vətənə, millətə xeyirli olar. Xasiyyətləri atasına bənzəsin istəyirəm".

Bundan əlavə, Derici toy tarixini də açıqlayaraq Melih Kunukçu ilə 2026-cı ilin sentyabrında evlənməyi düşündüklərini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər