Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Aysun İsmayılova son açıqlaması ilə diqqət çəkib.
Sənətçi üzərində etdirdiyi estetik və plastik müdaxilələrlə bağlı danışaraq maraqlı etiraflar edib.
Aysun İsmayılova bildirib ki, üzündə yalnız burnunu plastik əməliyyat etdirib. Onun sözlərinə görə, başqa ciddi estetik müdaxilələr olmayıb, yalnız müəyyən dövrlərdə dodaq dolğusu etdirib. Müğənni eyni zamanda bədən forması ilə bağlı keçirdiyi əməliyyatı da etiraf edib və dörd qabırğasının sındırıldığını deyib.
Sənətçi əməliyyata gedərkən anası, Rəqsanə İsmayılovanın bundan xəbərsiz olduğunu da qeyd edib. Aysun bildirib ki, anası əməliyyat barədə sonradan xəbər tutub.
Məsələ ilə bağlı Rəqsanə İsmayılova da zarafatla münasibət bildirib. O, "Mən biləndə artıq qabırğaları yox idi" deyə açıqlama verərək mövzuya yumorla yanaşıb.
Aysun İsmayılovanın bu etirafı sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub və geniş müzakirələr yaradıb. İstifadəçilər sənətçinin açıqlamasını fərqli baxış bucağından dəyərləndiriblər. /Milli.az/