Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Moderator.az milli.az-a istinadla xəbər verir ki, ifaçı uşaqlıq illərinin çətin keçdiyini bildirib.
Onun sözlərinə görə, erkən yaşlarında məcburi köçkün həyatı yaşadığı üçün uzun müddət yataqxanada qalmalı olub.
Sənətçi qeyd edib ki, məhz bu səbəbdən onda evə qarşı xüsusi bağlılıq yaranıb. Sənətçi hazırda 5 evinin olduğunu deyərək, bunun arxasında dayanan əsas məqsədin övladlarının gələcəyi olduğunu vurğulayıb.
Müğənni əlavə edib ki, bütün zəhməti və çalışması uşaqlarının rahat və təminatlı həyat yaşaması üçündür.