Könül Kərimovadan həmkarlarına qadağa:
Şou-biznes
315
14:45, Bu gün

Könül Kərimovadan həmkarlarına qadağa: "İcazə vermirəm..."

Əməkdar artist Könül Kərimova mahnılarının icazəsiz və keyfiyyətsiz ifa olunmasına sərt münasibət bildirib.
 
Sənətçi bu barədə “Gün ortası” verilişində danışıb.
 
Qeyd edib ki, bəzi ifaçılar ondan icazə almadan mahnılarını səsləndirir və üstəlik, əsərləri zəif, ruhsuz formada təqdim edirlər.
 
Kərimova bildirib ki, gənc ifaçılara hər zaman dəstək olub və bundan peşman deyil. Lakin milli ruhda yazdığı mahnıların saz, zurna kimi əsas elementlərinin silinərək “cılız” formada oxunması onu ciddi şəkildə narahat edir:
 
“İcazə almadan mahnılarımı götürüb ifa edirlər. O bir yana, həm də zəif oxuyurlar. Çox cılız görünür. Belə olmasını istəmirəm. Özüm qədər gənclərə dəstək olan ikinci müğənni tanımıram. Hamısı göz önündədir. Dəstək olduğuma da peşman deyiləm.
 
Milli ruhda içimdən gələn bir neçə musiqi yazmışam. Sizin nə ixtiyarınız var ki, o mahnını götürüb, sazı, zurnanı silirsiniz. O cür cılız ifalar məni ağrıdır. Bu, cinayətdir. Mən istedadlı gənclərə heç nəyi qadağan etmirəm. Ürəyim açılır. Lakin ifaları cılızlaşdırmayın. Buna icazə vermirəm”. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər