Bizi sosial şəbəkələrdən izləyin:
"Övladlarıma anam, qayınanam baxır. Dayəmiz bir il yarımdır yoxdur. Artıq istəmirik də. Evdə olan gün vaxtımı uşaqlara sərf edirəm. Bu, həm onlar, həm mənim üçün yaxşıdır".
Bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib.
Sənətçi övladlarını dayəyə etibar etmədiyini bildirib. O əlavə edib ki, bundan sonra da dayə götürməyi düşünmür.
Xeyli çəki atan Sevda plastik əməliyyat etdirməsi iddiasına belə reaksiya verib:
"Bu günə qədər heç vaxt plastik əməliyyat etdirməmişəm. Sağlam qidalanıram. İtaliyaya gedəndə yedim və 3 kiloqram kökəldim. İndi yenidən pəhrizə başladım". (Axşam.az)