Şou-biznes
685
14 Dec 2025 | 21:54

"Bir ömür işlə, böyüt və sonda səni övladların öldürsün”

Müğənni Xuraman Şuşalı müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter tərəfindən öldürülməsinə reaksiya verib. 

Moderator.az xəbər verir ki, bununla bağlı paylaşım edən Xuraman bunları yazıb:

"Allah övladın da xeyirlisini versin. Şokdayam. Bir ömür işlə, böyüt və sonda səni övladların öldürsün".

Qeyd edək ki, Güllü bir müddət əvvəl evinin eyvanından yıxılaraq dünyasını dəyişib. Daha əvvəl Güllünün ölümündə təqsirli olduğu iddia edilən oğlu açıqlama yayaraq anasının intihar etməsi və ya bu işdə əli olmasını təkzib etmişdi. Bundan sonra onun qızı Güllünün ölümündə şübhəli bilinir.

Qəsdən adam öldürməkdə şübhəli bilinən Tuğyan və onun yaxın dostu Sultan Nur Ulu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

(Axşam.az)

Link kopyalandı!
Son xəbərlər