Bizi sosial şəbəkələrdən izləyin:
Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova yenidən bıçaq altına yatacaq.
"Xəzər axşamı" verilişində qonaq olan ifaçı plastik əməliyyat etdirəcəyini bildirib. O, hazırda həkim seçimi etdiyini deyib:
"Göz qapağı əməliyyatı etdirmişəm. İndi üzümdə əməliyyat etdirmək istəyirəm. Hazırda həkim seçimini edirəm. Üzgərmə etdirmək istəyirəm. Yanağımda gellər var idi. Həssas yerdə olduğu üçün Azərbaycandakı həkimlər onları çıxarmağa qorxduqlarını bildirdilər. Çünki sinirə toxunsalar, iflic ola bilərdim. Ona görə də yanağımdakı gelləri Türkiyədə çıxartdırdım. İndi üzgərmə etdirəcəyəm".
Qeyd edək ki, Rəqsanə İsmayılova bu ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib. Noyabrın 19-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. (Axşam.az)