Röya qardaşına bahalı maşın aldı
Şou-biznes
297
11 Dec 2025 | 23:06

Röya qardaşına bahalı maşın aldı

Xalq artisti Röya Ayxan qardaşı İsmayıla bağışladığı hədiyyədən danışıb.

Moderator.az xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı"da açıqlama verib.

Xalq artisti deyib ki, qardaşına valideyn olması münasibəti ilə bahalı hədiyyə alıb:

"Maşın istədi. Əslində varıydı, amma dəyişdirmirdim. Gedib-gəlib deyirdi ki, "abla, bəlkə dəyişək", deyirdim, bir az da sür. Mete dünyaya gələndə dedim, götür, bu açarları, səni təbrik edirəm. Bu vaxta qədər çalışmışam ki, ailəm yaxşı yaşasın, heç kimə möhtac olmasın. Bu 25 ilə qədər çox əziyyət çəkmişəm. İndi imkan verin, bundan sonrakı 25 ili özüm və oğlum üçün yaşayım (gülür)".

Link kopyalandı!
Son xəbərlər