“Uşaq Avroviziyası 2025” müsabiqəsində Azərbaycan özünə səs verə biləcək
Şou-biznes
378
20:00, Bu gün

“Uşaq Avroviziyası 2025” müsabiqəsində Azərbaycan özünə səs verə biləcək

2025-ci il “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür.

Mooderator.az xəbər verir ki, bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək.

Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməyə qoşulacaqlar.

Səsvermə tamamilə ödənişsizdir və bütün izləyicilər jesc.tv platforması üzərindən səs verə bilərlər. Qaydalara əsasən, hər bir tamaşaçı 3 ölkəyə səs verməlidir və bu seçimlərdən biri, şübhəsiz ki, Azərbaycan ola bilər.

Səsvermə iki mərhələdə həyata keçiriləcək: Birinci mərhələ 12 dekabrdan 13 dekabra keçən gecə Bakı vaxtı ilə 00:00-dan başlayaraq 13 dekabr saat 19:59-dək davam edəcək.

İkinci mərhələ dekabrın 13-də canlı şoudakı son ifadan dərhal sonra başlayacaq və təxminən 15 dəqiqə aktiv olacaq.

Hər iki mərhələdə Azərbaycan nümayəndəsinə dəstək göstərmək mümkündür.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə 12 yaşlı Yağmur təmsil edir.

Xatırladaq ki, “Uşaq Avroviziyası 2025”in finalı dekabrın 13-də baş tutacaq və yekun nəticələrin 50%-i tamaşaçı səsverməsi əsasında müəyyən olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər