Xəyanətə görə ayrılan Şakira ilə Pike haqda ŞOK İDDİA yayıldı
Şou-biznes
487
16:58, Bu gün

Xəyanətə görə ayrılan Şakira ilə Pike haqda ŞOK İDDİA yayıldı

Müğənni Şakira ilə “Barselona”nın keçmiş müdafiəçisi Jerar Pikenin münasibəti 2022-ci il ayrılığından sonra gərgin olaraq qalırdı. Onlar illər boyunca birbaşa danışmır, ünsiyyət əsasən Şakiranın qardaşı Tonino üzərindən qurulurdu.

Moderator.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şakira ilə Pike arasında münasibətlər dəyişib.

Məlumata görə, onlar artıq birbaşa əlaqə saxlayır, telefon və ya “WhatsApp” vasitəsilə danışırlar. Söhbətlərin mövzusu isə uşaqların tətil planları, onların ehtiyacları ilə bağlı olur.

Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. Onlar 11 il münasibətdə olub. Onların iki oğul övladı var.

Şakira Barselonada Pike ilə birgə sahib olduqları evi satıb.

Link kopyalandı!
Son xəbərlər