İlqar Xəyal verilişlərdəki sirləri açdı
Şou-biznes
134
12:37, Bu gün

İlqar Xəyal verilişlərdəki sirləri açdı

"Efirə fasilə vermişəm, yaradıcılığıma yox. Yeni klip də hazırlamışam. Problem yaxşı mahnıdadır. Bəstəkarın təqdim etdiyi 100 mahnıdan biri belə tələbata cavab vermir. Mən də repertuarıma hər mahnı daxil etmirəm".
 
Bu sözləri müğənni İlqar Xəyal "Gün ortası" proqramında deyib. Sənətçi efirdən uzaqlaşmasının səbəbini açıqlayıb. İ.Xəyal bəstəkarları tənqid edərək, yaxşı mahnı yazmadıqlarını bildirib.
 
Müğənni verilişlərdəki qalmaqalların süni hazırlandığını söyləyib:
 
"Bir prodüser məni inandırdı ki, studiyanı tərk etmə, qalmaqal əvvəldən planlaşdırılır. Yəni adam bilir ki, yarımçıq durub verilişdən gedəcək. Ona bu lazımdır. Bizim zamanımızda "biznes" anlayışı yox idi, sənət var idi. İnsanlar pul qazanmaq üçün yox, sənət vurğunu olduğu üçün bu aləmə gəlirdir. Mahnını yazırlar ki, nəsə əldə etsinlər. Bəlkə normaldır, mən geridə qalmışam. Biz xidmət etmək üçün mahnı yazdırırdıq, konsert verirdik. Bu gün şou-biznes biznes olub". (Axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər