Abbas Bağırov 12 ildən sonra bunu edəcək
Şou-biznes
127
09:36, Bu gün

Abbas Bağırov 12 ildən sonra bunu edəcək

Əməkdar artist Abbas Bağırov Bakıda solo konsert verməyə hazırlaşır.
 
"Xəzər axşamı" verilişində qonaq olan sənətçi 12 il aradan sonra fevralın 14-də tamaşaçılarını bir araya yığacağını açıqlayıb:
 
"Hər il konsert vermək olar. Bu, kiməsə asan gələ bilər, amma bizim üçün elə deyil. 12 il əvvəl 2 günlük konsert verdik və onun üçün 6-7 il hazırlaşdıq. Biz orada "Qaytağı" ansamblı və digər musiqiçilərlə birlikdə 50-60 nəfərlik heyət olacağıq. Bu heyəti idarə etmək üçün uzun müddət maddi, mənəvi və fiziki cəhətdən hazırlıq lazımdır. O gün səs sistemini təsdiqlədik. Dəyəri 600 min dollar olan səs sistemi qurulacaq. Bunu çalışdırmaq üçün peşəkarlar işləməlidir. İşıqlandırma, videoçəkiliş var. Bunların hamısı çətin bir işdir və üzərində ciddi çalışırıq. Çox fərqli bir konsert olacaq".
 
Qeyd edək ki, konsert Heydər Əliyev Sarayında keçiriləcək. (Axşam.az)
Link kopyalandı!
Son xəbərlər