Şou-biznes
301
10:13, Bu gün

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

Aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində gənc ifaçılara səslənib. 
 
Aparıcı proqramına mühafizəçilərlə gələn ifaçılardan narazılığını dilə gətirib:
 
"Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız "qarpızlanmasın". Verilişimə qonaq gələndə özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib-gəlir. Allah onu mühafizə edir. İnsanlar onu bur cür sevir. Sizin belə gedib-gəlməyinizlə nə olur ki? Verilişlərə, konsertlərə elə gedirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq". (Axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər