Şou-biznes
255
14:16, Bu gün

"Bəzi yaralar sağalmır, toxunmaq olmaz" - Ayan

"Sevməməliydim, sən özgə qisməti, sən özgə payı- yəni sən mənə aid deyilsən, bilirəm mən səni sevməməliydim. O demək deyil ki, o başqasının qismətini sevib. O sözlər zatən nakam eşqdən bəhs edir".
 
Moderator.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva yeni mahnısı ilə bağlı danışarkən deyib. 
 
“Gün ortası” verilişində qonaq olan sənətçi yaşadığı çətin anlardan bəhs edib: 
 
Bir yaşanmışlıqlar var, bir də peşmançılıq. Bir ifaçı bunu yaşamasa oxuya bilməz. Mən də yaşamışam, oxumuşam. Bunu danmaq qeyri-mümkündür.Düşünürəm ki, ona görə bu qədər sevildi. Bu musiqinin 5 yaşı var, sözlərin 30-a yaxın. Yazılıb, oxuya bilməmişəm. Bəzi yaralar var ki, sağalmır, ona toxunmaq olmaz. Elə insanlar var ki, sən özündən uzaq tutursan. O demək deyil ki, sevmirsən, əksinə sevdiyin üçün uzaq tutursan. Bilirsən ki, o səni qucaqlasa sənə pislik gələcək. Nə olur olsun, mənim tək sevgim var, o da mənim övladımdır. Məni kövrəldən də övladım idi. Mənim yaşadıqlarım var, danmamışam. Amma elə məsələlər var ki, ora toxunmayın. Orda mənim övladım da var”.
 
Link kopyalandı!
Son xəbərlər