Keçmiş həyat yoldaşı ilə bağlı uzaqlaşdırma qərarı aldırıb
Şou-biznes
104
14:50, Bu gün

Keçmiş həyat yoldaşı ilə bağlı uzaqlaşdırma qərarı aldırıb

Xalq artisti Naibə Allahverdiyeva ona şiddət göstərdiyi üçün ayrıldığı keçmiş həyat yoldaşı Yusif İsmayılov haqda açıqlama verib.
 
Moderator.az xəbər verir ki, aktrisa "Öz aramızda" verilişində uzaqlaşdırılma qərarı aldırdığını və onunla artıq görüşmədiyini bildirib:
 
"Hər şey yaxşıdır, hərə öz həyatını davam edir. Uzaqlaşdırma qərarı alınıb, ona qadağa qoyulub, mənə yaxınlaşa bilməz. Özümü çox yaxşı hiss edirəm. Onunla yaşadığım illəri xəstəxanada keçirtmişəm. İllərimə heyfim gəlir. Heyif o illərə: sağlamlığımdan, sənətimdən getdi. Bir şeyə bağlanıramsa, ona bütün qəlbimlə yanaşıram. Sənətimdən, dostlarımdan, əhatəmdən və can sağlığımdan geri düşdüm. Canım qurtardı: qorxu yoxdur, "öldürəcəyəm" sözünü eşitmirəm".
 
Qeyd edək ki, Y.İsmayılov N.Allahverdiyevanı döydüyü üçün həbs edilmişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər