İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat çərçivəsində polisə çağrılan 19 məşhurun ifadəsi ortaya çıxıb.
Moderator.az xəbər verir ki, qan və saç nümunələri götürülən məşhurların bəzilərinin analizi müsbət, bəzilərininki isə mənfi çıxıb. İndi testi müsbət çıxan Derin və Deren Talu, Kubilay Aka, Dilan Polat, Metin Akdülger və Kaan Yıldırımın ifadələri açıqlanıb.
Kubilay Aka "Banqkokda xəstələndim və klinikada baş ağrım üçün dərman verdilər" açıqlamasını verib.
Derin və Deren Talu isə ifadəsində "Biz narkotik deyil, antidepresanlardan istifadə edirik" sözlərini söyləyib.
Metin Akdülger isə "Xaricdə səyahət edərkən onlardan istifadə etdim" sözlərini bildirib.
Dilan Polat "Protez tüklər qopmuş ola bilər" deyə, ifadəsində söyləyib.
Kaan Yıldırım "Nəticələr səhvdir" deyərək, təmiz olduğunu bildirib.
(Axşam.az)