Türkiyəli sənətçilər Yeni il gecəsi rekord qonorar qarşılığında səhnəyə çıxacaqlar
Şou-biznes
323
18:59, Bu gün

Türkiyəli sənətçilər Yeni il gecəsi rekord qonorar qarşılığında səhnəyə çıxacaqlar

2026-cı ilin qədəm qoymasına bir aydan çox vaxt qalsa da, türkiyəli sənətçilərin Yeni il gecəsi hansı qonorar qarşılığında səhnəyə çıxacaqları indidən bəlli olub.

Moderator.az "Posta" nəşrinə istinadən xəbər verir ki, Yeni il proqramı üçün ən yüksək qonorarı Tarkan alacaq.

Yeni il gecəsini Kiprdə qarşılayacaq ifaçı verəcəyi konsertə görə 42 milyon türk lirəsi (təqribən 1 milyon 600 min manat - red.) qazanacaq. Bu, türkiyəli sənətçilər arasında Yeni il gecəsi konsertinə verilən ən yüksək qonorardır.

Komediya ustası Ata Demirer Yeni il gecəsi hoteldə səhnəyə çıxacaq. Onun çıxışından 30 milyon türk lirəsi (təqribən 1 milyon 200 min manat - red.) qazanacağı bildirilir.

Müğənni Hadise isə Yeni ildə iki konsert proqramı ilə çıxış edəcək. Dekabrın 31-də Kiprdə və yanvarın 1-də Dubaydakı çıxışlarının hər birinə görə ona 10 milyon türk lirəsi (təqribən 400 min manat - red.) məbləğində qonorar ödəniləcək.

Müğənnilərdən Gülşen, Ebru Gündeş (hər ikisi Kiprdə) və Yıldız Tilbe (Batumidə) də 10 milyon türk lirəsi qarşılığında Yeni il gecəsində səhnəyə çıxacaqlar.

Digər məşhurlar arasında Sibel Can, Hakan Altun, Özcan Denizin hər biri müxtəlif yerlərdə 8 milyon türk lirəsi qarşılığında (təqribən 300 min manat - red.) Yeni il konsert proqramı ilə çıxış edəcəklər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər