Bizi sosial şəbəkələrdən izləyin:
Bəstəkar Pərviz Mahmudov müğənni Günay İbrahimli ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində danışan bəstəkar Günayın ifa etdiyi “Dəlisiyəm gecənin” mahnısının müəllifi olduğunu bildirib.
O qeyd edib ki, müğənni bu mahnını icazəsiz ifa edərək gəlir əldə edib, lakin müəllif kimi ona qonorar ödənilməyib. Mahmudov vəziyyətdən narazılığını belə ifadə edib:
“Günayın mənə etdiyini düşmən-düşmənə etməz”.