Qonşusu Könül Kərimovadan üzr istədi
Şou-biznes
127
13:21, Bu gün

Qonşusu Könül Kərimovadan üzr istədi

"Övladın öz yeri, nəvə başqa duyğudur. Onu yaşayanlar bilir. Dillə ifadə edə bilmirəm".
 
Bu sözləri Əməkdar artist Könül Kərimova "Qonaqcanlı" verilişində deyib. Müğənni oğlu Rəşadla bağlı arzusundan danışıb. O bildirib ki, nəvəsi olsa, ona öz adını qoyacaq:
 
"Ən böyük arzum oğlum Rəşadın qız övladı dünyaya gəlsin və ona Könül adı qoyum. Övladlarım hisslərimə, arzuma böyük hörmət və dəyərlə yanaşır. Onlar tərəddüd etməzlər. Onlar da bunu düşünür, amma içlərində saxlayırlar".
 
Proqram zamanı K.Kərimovaya qonşusu tərəfindən məktub gəlib. O, müğənnidən illər əvvəl etdiyi hərəkətə görə üzr istəyib. Belə ki, qonşusu illər əvvəl Novruz bayramında onların qapısına papaq atdığını, amma açan olmadığını bildirib. İnanmayan qonşu ifaçının evinin pəncərəsini kartof yağışına tutub. O, bu hərəkətinə görə məktubda K.Kərimovadan üzr istəyib. (Axşam.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər