Şou-biznes
485
12:00, Bu gün

"Maaşla ev almaq olmur, qiymətlər fantastikdir"

Aparıcı Rövşanə Ağasəfqızı yalançı mənzil satmaq reklamlarından danışıb.
 
Moderator.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı kredit məbləğlərinin yüksək olmasından şikayətlənib:
 
"Dəfələrlə şirnikləndirici reklamlar görürəm: 24 min ödə, ev sahibi ol. O gün birini də gördüm: cəmi 15 min manata şəhərin mərkəzində ev sahibi ol. Zəng etdim ki, bu nədir? Elə bil süni intellektin nümayəndəsi oturub orada. Robot kimi cavab verir. İzahlı da anlamırsan. Bəlli oldu ki, aya 5 min manat ödəməlisən. Hər ay 5 min kredit ödəyə bilən 4-5 ay pul yığıb gedib nəğd pula ala bilər. Əvvəlinə 15 min, 2-3 ilə hər ay 5 min ödə. Nə qədəri faiz, nə qədəri əsasa gedir. Bu cür reklamlar doludur. Yalnız müştəri cəlb etmək üçündür. Ayda 3-5 min ödəmə imkanı olan gəncin ipotekaya ehtiyacı yoxdur. Onu yığıb ev alma imkanı olacaq. Havayı ipoteka, faiz niyə üstünə gəlsin ki... Sən 5-10 min manat maaş almalısan ki, ipoteka ilə ev götürəsən.
 
Valideynlər narahatdır ki, oğlumu evləndirəcəyəm və evi yoxdur. Maaş yığıb ev almaq nağıldır. Evlərin qiyməti 150 mindən bahadır. Şəhərin mərkəzində 250 min manatı keçir. Fantastik qiymətlərdir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər