Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Aygün Kazımova və Murad Arif yeni duet layihəsi üzərində işləyir.
Moderator.az xəbər verir ki, "Hoqqa” adlanan mahnı 2026-cı ildə təqdim olunacaq.
Arif "İncə səhər” proqramında layihə barədə məlumat verib. O, Xalq artistinin mahnını ilk dinlədiyində ona heyran olduğunu qeyd edib. O, mahnının böyük maraq doğuracağına əmin olduğunu bildirib.
Qeyd edək ki, bir müddət öncə HITMAKER Murad Arif sosial media hesabında Xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı paylaşım etmişdi.
Murad Arif “Ordan-burdan” rubrikasına çərçivəsində Xalq artisti ilə yazışmasını izləyicilər ilə bölüşərək A.Kazımovaya yeni bəstələdiyi mahnını göndərdiyini və Xalq artistinin bəstəyə heyranlıq dolu reaksiya verdiyini açıqlamışdı.
Xatırladaq ki, Aygün Kazımova ilə Murad Arifin “Çalxala” dueti illərdir ki, öz birinciliyini qoruyur. “Çalxala”nın sözləri və musiqisi Murad Arifə məxsusdur.