Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının IV turunda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Matçın baş hakimi avstriyalı Sebastian Gishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Schreiner köməklik göstərəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə Portuqaliyanın “Benfika” klubunu 3:2, II turda Danimarkanın “Kopenhagen” komandasını 2:0 hesabı ilə məğlub edib, III turda isə İspaniyada “Atletik Bilbao”ya 1:3 hesabı ilə uduzub.